-
- 19-10-2024, 02:56
- 813
Evlənən bəy toydan 2 gün sonra öldü - Üzücü Hadisə
İngiltərədə təhlükəli xəstəliyi olan və xəstəxana otağında evlənən kişi 2 gün sonra ölüb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, 51 yaşlı Mayk və gəlini 38 yaşlı Lara 11 il əvvəl tanış olublar.
Qadın deyir: “2020-ci ildə yenidən evlənəcəkdik, lakin koronavirus bizə mane olub. Ancaq biz həmişə çox vaxtımızın olduğunu və nə vaxtsa evlənəcəyimizi düşünürdük.”
Mayk ilin əvvəlindən nəfəs darlığından əziyyət çəkirdi. May ayında ona pnevmoskleroz diaqnozu qoyulub. Pnevmosklerozlu insanlar iki ildən beş ilədək, bəzən daha uzun yaşayırlar.
Avqust ayında onun vəziyyəti xeyli pisləşib. O, üç həftə xəstəxanada yatıb və evə buraxılanda pilləkənləri çətinliklə qalxa bilib. Bir həftə sonra yenidən xəstəxanaya yerləşdirilib.
Mayk və Lara vaxt itirməməyə və ən qısa zamanda evlənməyə qərar veriblər. Gəlinin hər şeyi təşkil etmək üçün 24 saat vaxtı var idi.
“Möhtəşəm və üzücü idi. O da, mən də belə bir toy istəmirdik, amma bizimlə orada qohumlarımız, dostlarımız var idi. Bunu ən yaxşı dostu dedi: söhbət dəbdəbəli paltarlardan və yüzlərlə qonaqdan getmir, bunların heç biri lazım deyil. Bu sevgi haqqındadır”, – deyə Lara bildirib.