Əməliyyat masasında son anda OYANDI
    • 18-10-2024, 17:02
    • 436

Əməliyyat masasında son anda OYANDI

Həddindən artıq narkotik qəbul edərək xəstəxanaya yerləşdirilən amerikalı Tomas Huverin uzun müddət komada qalmasından sonra beyin ölümü baş verib. 

News24.az xəbər verir ki, orqan transplantasiyası üçün əməliyyat otağına aparılan Huver prosedura başlamazdan bir müddət əvvəl canlanıb.

Huver anesteziya edilərək əməliyyat otağına aparılarkən bacısı Donna Rhorer qeyri-adi bir şey gördüyünü və qardaşının gözlərini açdığını söyləyib. Amma həkimlərin bu vəziyyətə əhəmiyyət vermədiyini vurğulayıb.

Orqan transplantasiyası üçün ürəyinin çıxarılacağı əməliyyat otağına aparılan donorun əməliyyat başlamasına az qalmış sağ olduğu müşahidə edilib.

Baptist Sağlamlıq Richmond Xəstəxanasında orqanların qorunmasına cavabdeh olan şəxslərdən biri Nataşa Miller, "Hərəkət edirdi, titrəyirdi" deyib. 

“Sonra biz onun yanına gedəndə onun göz yaşları içində olduğunu gördük. "Görünür ağlayırdı."

Bundan sonra həkimlərdən ikisi proseduru ləğv etmək qərarına gəlib.

Məryəm İlhamqızı