Joker makiyajı edərək evini yandırdı
    • Bu gün, 17:19
    • 91

Joker makiyajı edərək evini yandırdı

Varşava yaxınlığında Jokerə bənzəyən şəxs evini yandıraraq qonşularını qorxudub. 

News24.az xəbər verir ki, bu barədə Onet məlumat yayıb.

Masoviya Voyevodalığının Wieliszew kəndində bir evdə yanğın baş verib. Yeddi yanğınsöndürən yanğınla təxminən iki saat mübarizə aparıb. 

Hadisə yerinə təcili tibbi yardım, polis əməkdaşları, qaz və elektrik işçiləri də gəlib.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın başlayandan bir neçə dəqiqə sonra 30 yaşlı ev sahibi binadan qaçaraq qonşulara nəsə qışqırıb. Adamın üzündə Joker makiyajı olub.

Yerli sakinlər deyiblər ki, bu, yanan evdə yaşayan şəxsin ilk təhlükəli hərəkəti deyil. Bundan əvvəl o, qonşulara hücum çəkib, onları hədələyib, “hədə-qorxu ilə” ərazidə gəzib və hətta bir nəfəri döyüb.

Təqsirləndirilən şəxs "qəza təhlükəsi yaratmağa" görə artıq saxlanılıb. O, səkkiz ilə qədər həbslə üzləşə bilər.

Məryəm İlhamqızı