Xalq artisti təcili əməliyyat olundu
    • Bu gün, 11:25
    • 1 030

Xalq artisti təcili əməliyyat olundu

Rusiyanın Xalq artisti Aleksandr Pankratov-Çerni əl barmaqlarını hərəkət etdirə bilmədiyi üçün təcili əməliyyat olunub.

News24.az “Mash”a istinadən xəbər verir ki, ötən gün xəstəxanaya yerləşdirilən 75 yaşlı xalq artistinin əməliyyatı uğurla başa çatıb. Onun barmaqlarındakı həssaslıq bərpa edilib.  

Aktyor əməliyyatdan sonra evə buraxılıb. 

Qeyd edək ki, Aleksandr Pankratov-Çerni ötən il kəskin miokard infarktı keçirib. 

Teymur Məmmədov