Türkiyədə sürüşmə riski: Məhəllə boşaldıldı
    • 21-10-2024, 19:24
    • 204

Türkiyədə sürüşmə riski: Məhəllə boşaldıldı

Şiddətli yağışlar Şərqi Qara dəniz bölgəsinə təsirini davam etdirir. Yağışlar xüsusilə Türkiyədə Rizə və Artvinin sahil bölgələrində təsirlidir. Artvinin Arhavi rayonunda yağan yağışlar sel və torpaq sürüşməsi riskini də gətirir.

News24.az xəbər verir ki, sürüşmə riskinin yüksək olduğu bildirilən rayonun Dərəüstü kəndinin Aşağı məhəlləsində yaşayan vətəndaşların həyatı üçün tədbirlər görülüb.

Jandarma qrupları kəndin girişində tədbir görüb, giriş-çıxışı qadağan edib, kəndlilərdən evlərini boşaltmalarını tələb edən anonslar verib.

Məhəllə sürətlə boşaldılarkən, jandarma qrupları kəndlilərin təhlükəsiz ərazidə məskunlaşmasına kömək edib. Səlahiyyətlilər kənddə sürüşmə riskinin davam etdiyini və təhlükəsizlik tədbirlərinin davam etdirildiyini açıqlayıb.

Günel Məlikzadə