Fətullah Gülənin qaldığı evə gələnlər artdı - HƏRBİ GEYİMLİ ŞƏXSLƏR TƏRƏFİNDƏN....
    • 22-10-2024, 14:14
    • 416

Fətullah Gülənin qaldığı evə gələnlər artdı - HƏRBİ GEYİMLİ ŞƏXSLƏR TƏRƏFİNDƏN....

Dünən FETÖ-nün lideri Fətullah Gülən ABŞ-da dünyasını dəyişib.

News24.az NTV-yə istinadən xəbər verir ki, Gülənin dəfn mərasimi Pensilvaniya ştatının Sankt-Peterburq şəhərində keçiriləcək. Onun meyiti xəstəxananın morqunda saxlanılır.

Fətullah Gülənin dəfn mərasiminin təfərrüatları hələlik bəlli olmasa da, onun Pensilvaniyadakı fermasına gələnlərin sayı artır.

Təsərrüfatın girişində təhlükəsizlik yoxlamasından keçən təşkilat üzvlərinin avtomobillərinin kampusun bağçasındakı parkinq sahəsini demək olar ki, tamamilə doldurduğu diqqət çəkib. Onu da qeyd edək ki, onun digər evində heç bir hərəkət müşahidə edilməyib.

Eyni zamanda, hərbi kamuflyajlı və silahlanmış şəxs və ya şəxslərin sözügedən evin bağçasında daim ətrafı yoxlaması diqqət çəkib.

Günel Məlikzadə