Ölkəmizdə diplomları tanınmayan universitetlərin SİYAHISI
    • 23-10-2024, 22:43
    • 7 120

Ölkəmizdə diplomları tanınmayan universitetlərin SİYAHISI


Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrinin siyahısı açıqlanıb.

News24.az demokrat.az-a istinadla xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Diplomları Azərbaycanda tanınmayan və yaxud da tanınmasında ciddi problemler yaşanan universitetlərin siyahısını təqdim edirik:


1. Amerika Birləşmiş Ştatları Beynəlxalq Atlantik Universiteti (Yoxdur)

2. Avstriya Respublikası Beynəlxalq Xristian Universiteti (Hazırda fəaliyyət göstərmir)

3. Birləşmiş Ərəb Əmirlikləri

Middlesex Universiteti

(Middlesex University Dubai)

4. Çex Respublikası

Beynəlxalq Praqa Universiteti

(International Prague University)

5. Fransa Respublikası

EICAR - Paris Beynəlxalq Film və Televiziya Məktəbi

(EICAR - The International Film & Television School

6. Fransa Respublikası

Vatel Otel və Turizm Biznes Məktəbi

(Vatel Hotel & Tourism Business School)

7. Ukrayna

Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti

(East European University of Economics and Management)

Gürcüstan filialının akkreditasiyası yoxdur

8. Ukrayna

Laqodexi Elm-Təhsil İnstitutu

(Learning-Scientific Institute of Lagodekhi)

9. Ukrayna

Beynəlxalq Ekologiya və Tibb Akademiyası

(The International Academy of Ecology and Medicine)

10. Ukrayna

Avqustin Voloşin adına Karpat Universiteti

(Augustine Voloshyn Carpathian University)

Gürcüstan filialının akkreditasiyası yoxdur

11. Ukrayna Avropa Universiteti

(European University)

12. Ukrayna

"KROK" İqtisadiyyat və Hüquq Universiteti

(KROK University of Economics and Law)

13. Ukrayna

Regionlararası Heyətin İdarəolunması Akademiyası

(Private Joint-Stock Company "Higher Education "Institution Interregional Academy of Personnel Management")

14. İspaniya Krallığı

EADA Biznes Məktəbi

(EADA International Management Development Center)

15. İspaniya Krallığı

Barselona Qlobal Biznes Məktəbi

(Global Business School Barcelona)

16. İspaniya Krallığı

Avropa Universiteti Biznes Məktəbi

(EU Business School)

17. İspaniya Krallığı

Marbella Beynəlxalq Universiteti

(Marbella International University Centre)

18. İspaniya Krallığı

Harbour Space Universiteti

(Harbour Space University)

19. İtaliya Respublikası Roma Biznes Məktəbi

(Rome Business School)

20. İtaliya Respublikası Maranqoni İnstitutu

(Istituto Marangoni)

21. Rusiya Federasiyası

Beynəlxalq Humanitar- Texniki Akademiya

(Международная гуманитарно-техническая академия)

26.04.2015-ci ilə qədər akkreditasiyası var

22. Rusiya Federasiyası

Nijeqorod Menecment və Biznes İnstitutu

(Нижегородский институт менеджмента и бизнеса)

26.04.2015-ci ilə qədər akkreditasiyası var

23. Rusiya Federasiyası

Şərqi Avropa Psixoanaliz İnstitutu

(Восточно-Европейский институт психоанализа)

22.06.2017-ci ilə qədər akkreditasiyası var

24. Rusiya Federasiyası

Sosial-Humanitar Təhsil və Xidmət İnstitutu

(Институт социально- гуманитарного образования и сервиса)

Ali təhsil müəssisəsi 19.12.2017-ci il

tarixində fəaliyyətini dayandırıb.

25. Rusiya Federasiyası

Dünya İqtisadiyyatı İnstitutu

(Институт мировой экономики)

2014-cü ilə qədər olub və 2024-cü ildən təkrar akkreditasiyası var

2014-2023-cü illər ərzində akkreditasiyası olmamışdır.

26. Rusiya Federasiyası

Moskva Humanitar-İqtisad İnstitutu

(Московский гуманитарно-экономический институт)

Ukrayna filialının akkreditasiyası yoxdur.

27. Türkiyə Anadolu universitetinin Bakı filialı

(Distant təhsil forması olduğu üçün)

28. Gürcüstan Avropa Tədris Universiteti

29. Ukrayna Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti

30. Gürcüstan Gürcüstan Yeni Universiteti

31. Ukrayna Avqustin Voloşin adına Karpat Universiteti

31. Rusiya Federasiyası Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu

32. Rusiya Federasiyası Cənubi Rusiya Humanitar İnstitutu

33. Rusiya Federasiyası Dərbənd Humanitar İnstitutu

34. Rusiya Federasiyası Müasir Humanitar Akademiya

35. Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti

36. Rusiya Federasiyası Dünya İqtisadiyyatı İnstitutu

37. Rusiya Federasiyası Dağıstan Təhsil və Mədəniyyət Akademiyası

38. Rusiya Federasiyası İvanovo Dövlət Universiteti

39. Gürcüstan Avropa Universiteti

40. Gürcüstan Millenium Tədris Universiteti

41. Gürcüstan Gürcüstan Beynəlxalq Tədris Universiteti

42. Ukrayna Avropa Universiteti

43. Gürcüstan Tbilisi Açıq Tədris Universiteti

44. Rusiya Federasiyası Moskva Sahibkarlıq və Hüquq İnstitutu

45. Rusiya Federasiyası Rusiya Dövlət Turizm və Xidmət Universiteti

46. Rusiya Federasiyası Cənub Federal Universiteti

47. Ukrayna T.Şevçenko adına Luqansk Milli Universiteti

48. Rusiya Federasiyası Sankt Peterburq Dövlət Mülki Aviasiya Universiteti

49. Rusiya Federasiyası Maliyyə və Hüquq İnstitutu

50. Ukrayna Milli Aerokosmik Universiteti "Xarkov Aviasiya İnstitutu"

51. Rusiya Federasiyası Dərbənd İncəsənət və Mədəniyyət İnstitutu

52. Ukrayna Poltava İqtisadiyyat və Ticarət Universiteti

53 Gürcüstan Gürcüstan Kənd Təsərrüfatı Universiteti

54. Rusiya Federasiyası "Sinergiya" Moskva Maliyyə-Sənaye Universiteti

55 Gürcüstan Tbilisi Humanitar Tədris Universiteti

56. Rusiya Federasiyası Moskva Politexnik Universiteti

57. Ukrayna Regionlararası Heyətin İdarəolunması Akademiyası

58. Ukrayna Xarkov Dövlət Qida Texnologiyası və Ticarət Universiteti

59. Gürcüstan Suxişvili Tədris Universiteti

Qeyd olunub ki, TKTA-ya edilən müraciətlərin təhlili onu göstərir ki, vətəndaşlarımızın bir hissəsi xarici ölkələrdə təhsil alarkən aidiyyəti qurum tərəfindən yerli akkreditasiyadan keçməyən və müvafiq dövlət lisenziyası olmayan təhsil müəssisələrində təhsil alır. Qaydaların qeyd olunan müddəasındakı normativ tələbləri qarşılamayan və müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin verdiyi ali təhsil sənədlərinə TKTA tərəfindən imtina verilir. 


Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri isə aşağıdakılardır:

Akkreditasiyasız ali təhsil müəssisəsi;

Təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması;

Dövlət nümunəli olmayan diplom;

Təhsil forması;

Tədris yükünün normativdən az olması;

Bildirilib ki, xarici ölkələrdə təhsil almaq istəyən vətəndaşlar seçdikləri ali təhsil müəssisəsinin yerli akkreditasiyasının və lisenziyasının olmasını //enic-naric.net/ keçidindən istifadə etməklə yoxlamalı, eləcə də TKTA-ya edilən müraciətlər əsasında tərtib edilən ən çox imtina almış universitetlərə xüsusi diqqət yetirməlidirlər.