Dünyaca məşhur fast-food şəbəkələrində epidemiya HƏYƏCANI
    • 25-10-2024, 15:12
    • 382

Dünyaca məşhur fast-food şəbəkələrində epidemiya HƏYƏCANI

ABŞ-da bir çox insanın xəstələnməsinə və bir insanın ölümünə səbəb olan E.Coli epidemiyası McDonald's-dan başladı Taco Bell, Pizza Hut, KFC və Burger King kimi bəzi fast-food şəbəkələri də həyəcan təbili çalır. Qida zəhərlənməsi və epidemiyaya səbəb olduğu bildirilən məhsul bir-bir restoranlardan çıxarılır. 

Səhiyyə rəsmiləri, McDonald's "quarter pounder" hamburgerləri ilə əlaqəli E. coli epidemiyasının ABŞ-da onlarla insanı xəstələndirdiyini və onlardan birinin öldüyünü söyləyib.

News24.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC), 10 ştatda ən azı 49 nəfərin xəstələndiyini, halların əksəriyyətinin Kolorado və Nebraskada cəmləşdiyini söyləyib.

McDonald's açıqlamasında dilimlənmiş soğanların bir təchizatçı tərəfindən təmin edildiyini və xüsusi paylama mərkəzlərinə göndərildiyini söyləyib.

"Biz qida təhlükəsizliyini son dərəcə ciddiyə alırıq" deyən McDonald's bu qərarın doğru addım olduğunu vurğulayıb.

McDonald's-dan yaranan bu epidemiya digər fast-food şəbəkələrinə də təsir edib.

Qeyd edək ki, Taco Bell, Pizza Hut, KFC və Burger King kimi digər fast-food restoranları da bəzi menyularından soğanı çıxarıblar.

Günel Məlikzadə