Təzyiq xəstəliyi bu yaşda yaranır
    • 26-10-2024, 16:40
    • 502

Təzyiq xəstəliyi bu yaşda yaranır

İnsanda hipertoniya xəstəliyi riski müəyyən yaşdan sonra artır.

News24.az medicina.az-a istinadən xəbər verir ki, bu barədə kardioloq Yevgeni Şlyaxto danışıb.

"Kişilərdə bu yaş 53, qadınlarda 63-dən başlayır. Risk yaşı 50-dir. Əgər kişidə artıq çəki varsa, siqaret çəkirsə, daha tez başlaya bilər.

Hipertoniyanı inkişaf etdirən faktorları dəyişilə bilən və dəyişilməyən qruplara bölmək olar. Dəyişməyən faktorlara yaş, cins, irsiyyət daxildir. Dəyişilə bilənlərə isə - artıq çəki, piylənmə, siqaret, içki, fiziki aktivlik, diabet, stress və həyat tərzi aiddir.

Profilaktika üçün bu siyahıda dəyişə biləcəyinizi etmək lazımdır: siqareti azaltmaq, idman, gündə 5000 addım gəzmək, arıqlamaq. Eləcə də stresi azaldacaq vasitələr", - kardioloq bildirib