-
- 28-10-2024, 22:14
- 394
Ağ paltardan qəhvə ləkəsini belə təmizləyin
Ağ paltarlar rənginə görə ləkəni çox aydın göstərir. Ağ paltarda göründüyündə paltarın təmiz görünüşünü tamamilə pozan inadkar ləkələrdən biri də qəhvə ləkəsidir.
News24.az xəbər verir ki, təmizləmə təklifləri arasında qəhvə ləkələrini çıxarmaq üçün hiylə olan təbii üsullar aşağıdakılardır:
Alma sirkəsi: Alma sirkəsi turşu quruluşu sayəsində paltarlardakı qəhvə ləkələrini qısa müddətdə çıxarmağa kömək edir. Alma sirkəsi ilə qəhvə ləkələrindən qurtulmaq üçün maşının yuyucu toz dispenserinə alma sirkəsi tökün və paltarları maşında normal rejimdə yuyun. İstəyirsinizsə, bu prosesi ağ sirkə ilə də həyata keçirə bilərsiniz.
Soda: Soda təbii ağardıcı təsiri ilə paltarlardakı qəhvə ləkələrini qısa müddətdə təmizləməyə kömək edəcək. Qəhvə ləkəsinin yerləşdiyi yerə az miqdarda soda tökün və bir neçə damcı limon sıxın. Qarışım təsirli olması üçün 3-5 dəqiqə gözləyin və sonra diş fırçası ilə qəhvə ləkəsi olan ərazini yumşaq bir şəkildə ovuşdurun. Bu prosesi 2 dəqiqə davam etdirdikdən sonra paltarı maşında yuyun.
Süd: Südə üstünlük verilməsə də, təsirli bir ləkə təmizləyicisi kimi tanınır. Qəhvə ləkələrini çıxarmaq üçün paltarın ləkələnmiş hissəsini süd qabında isladın. Sonra bir neçə saat belə buraxın. Ləkənin demək olar ki, tamamilə yox olduğunu görəcəksiniz.
Mineral su: Mineral su tərkibindəki komponentlər sayəsində təbii təmizləyici məhsuldur. Paltarın ləkələnmiş hissəsinə mineral su çəkib, ləkəni fırça ilə silə bilərsiniz. Daha sonra paltarları maşında normal rejimdə yuyanda ləkələrin tamamilə yox olduğunu görəcəksiniz.
Məryəm İlhamqızı