-
- 1-10-2024, 18:39
- 359
Mürəkkəb ləkələrini paltarınızdan belə təmizləyin
Mürəkkəb ləkəsi paltarınıza düşdükdən sonra geriyə dönüşün olmadığını düşünürsünüzsə, sizə şad xəbərimiz var.
News24.az xəbər verir ki, paltardakı mürəkkəb ləkələri inadkar ləkələr arasında olsa da, təbii üsullarla mürəkkəb ləkələrindən asanlıqla qurtula bilərsiniz.
Sirkə: Güclü turşu xüsusiyyətləri ilə ləkələri çıxarmaqda da təsirli olan ağ sirkə, mürəkkəb ləkələrindən qurtulmanın hiyləsidir. Paltardakı mürəkkəb ləkələrini ağ sirkə ilə çıxarmaq üçün sirkəni pambığa və ya yumşaq parça üzərinə tökün. Sonra paltarın ləkələnmiş hissəsini yumşaq bir şəkildə sürtməyə başlayın. Ləkə yox olana qədər bu prosesi təkrarlaya bilərsiniz.
Limon suyu: Başqa bir turşu məhsulu olan limon suyu da ləkələri çıxarmaqda təsirli olur. Limon suyu ilə mürəkkəb ləkələrindən xilas olmaq üçün əvvəlcə limon suyunu bir qaba sıxın. Daha sonra pambıqla ləkəni silmək üçün limon suyundan istifadə edin. Ləkəni yaxşıca seyreltdikdən sonra paltarı tam təmizləmək üçün paltaryuyan maşında normal rejimdə yuya bilərsiniz.
Süd: Paltarları təmizləmək üçün tez-tez istifadə edilən bir üsul olmasa da, süddən istifadə bəzi inadkar ləkələri çıxarmağa kömək edir.
Paltarın mürəkkəb ləkəsi olan hissəsini südün içinə qoyun və təxminən 6 saat saxlayın. Bu proses zamanı südün rəngi dəyişirsə, onu təzələmək lazımdır. 6 saat gözlədikdən sonra paltarı paltaryuyan maşına qoyun və normal rejimdə yuyun.