Ağ köynəklərdəki ləkələri belə təmizləyin
    • 17-09-2024, 19:36
    • 1 961

Ağ köynəklərdəki ləkələri belə təmizləyin

Ağ köynəklər estetik və daha formal görünüş təmin etsə də, gigiyena qaydalarına riayət etmək çətindir. Ancaq ağ köynəklər ləkələrə məruz qaldıqda tətbiq edilə bilən bəzi təbii üsullar var. 

News24.az xəbər verir ki, ağ köynəklərdən inadkar ləkələri çıxarmaq üçün bu hiylələrdən istifadə olunur:

Limon və duz: Böyük bir qaba 2 litr qaynar su əlavə edin. Suya 3 limon sıxıb 1 xörək qaşığı duz və 1 xörək qaşığı yuyucu toz əlavə edin. Ən azı yarım saat ağ köynəyinizi bu qarışımda isladın. Sonra su ilə yuyun və qurudun.

Soda: Təbii ağardıcı soda ilə ağ köynəklərdəki ləkələrdən xilas ola bilərsiniz. Bunun üçün bir az su ilə soda qarışdırın və pasta hazırlayın. Sonra paltarın ləkələnmiş hissəsinə pastanı çəkin. 20 dəqiqə gözlədikdən sonra paltarı normal parametrlərdən istifadə edərək maşında yuyun.

Limon: İki limonu dilimlərə bölün və qaynar suya atın. Sonra üzərinə 1 stəkan alma sirkəsi əlavə edin, paltarlarınızı bu suya atın və təxminən 1 saat gözləyin. Gözlədikdən sonra paltarı normal parametrlərdən istifadə edərək maşında yuya bilərsiniz.

Məryəm İlhamqızı

News24.az

Qaynar xətt: 099 270 7777