-
- 29-10-2024, 07:51
- 803
İlin ən yaxşısı - "Qızıl top"u o aldı
Futbol dünyasının ən nüfuzlu mükafatlarından biri olan “Qızıl top” öz sahibini tapıb.
News24.az xəbər verir ki, “Mançester Siti”də çıxış edən Rodri rəqiblərinə qalib gələrək mükafata sahib çıxıb.
İspan yarımmüdafiəçi ötən mövsüm klubu ilə İngiltərə Premyer Liqa çempionluğunu qazanıb və İspaniya forması ilə 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) qalibi olub.
Qeyd edək ki, gecədə “Qızıl top” mükafatını keçmiş liberiyalı futbolçu və 1995-ci ildə “Qızıl top”un sahibi Corc Vea təqdim edib. 64 ildən sonra ilk dəfə idi ki, ispaniyalı futbolçu bu mükafatı qazanıb. Sentyabrda "Arsenal"la matçda çarpaz bağları qopan 28 yaşlı futbolçu mükafatlandırma mərasimində adı açıqlandıqdan sonra qoltuq dəyənəyi ilə səhnəyə çıxıb.
Günel Məlikzadə