-
- 26-06-2019, 20:01
- 1 055
Azərbaycanda 4 nəfərin öldüyü dəhşətli hadisədən YENİ XƏBƏR
Bu ilin yanvar ayında Qubada 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
News24.az-ın məlumatına görə, yanvarın 10-da Quba rayonu Zərdabi kəndi ərazisində “Ford Transit” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfərin ölümü, daha bir nəfərin xəarət alması ilə bağlı Cinayt Məcəlləsinin 263.3-cü, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Rasim Sadıxovun icraatına verilib.
Qeyd edək ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba Rayon Mərkəzi Xəstəxanasında, Qasımov Coşqun Kamil oğlu, Abasov Zakir Eldəniz oğlu və Nahid Tarıverdiyev isə hadisə yerində ölüb. Ölənlərin ikisinin xalaoğlu olduqları, 10-cu sinifdə oxuduqları və Qubaya repititor yanına getdikləri, Qasımov Coşqunun isə boks üzrə respublika çempionu olduğu bildirilib.