İki fenomen selfi çəkdirmək istəyərkən öldü
    • 30-10-2024, 23:33
    • 368

İki fenomen selfi çəkdirmək istəyərkən öldü

Selfi çəkən 2 sosial şəbəkə fenomeni faciəvi şəkildə həlak olub.

News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, bədbəxt hadisə Braziliyada Şeytan Boğazı kimi tanınan bölgədə baş verib.

Belə ki, Braziliya və Argentina arasında yerləşən kataraktaya əyləncə məqsədilə lüks yaxta turu təşkil edilib.

Sahilə qayıtmaq üçün 2 qrupa ayrılan fenomenlər bir qayığa toplaşıb.

Kapitan olan fenomen 5 nəfərlik qayığa 6 nəfəri mindirib.

Geri qayıdan zaman fenomenlərdən 2-si qaralmağa və foto çəkdirməyə mane olacağını deyərək təhlükəsizlik jileti geyinməkdən imtina ediblər. Çox yüklənmiş qayığın dalğaların arasında qalması nəticəsində 37 yaşlı Aline Tamara və 27 yaşlı Beatriz Tavares ölüb.

A.Tamaranın 1 uşaq anası olduğu və üzməyi bilmədiyi üzə çıxıb. Ölən digər şəxs isə model olub. onların hər 2-si influnserliklə məşğul olub.