-
- 1-11-2024, 20:14
- 684
Limon suyunun möcüzəvi faydaları
Təzə sıxılmış limon suyu antioksidan və xərçəng əleyhinə maddələri sayəsində yüzillər boyu müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib.
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, xüsusilə səhər içilən ilıq limon suyunun faydaları saymaqla bitmir. Əgər sizin hər səhər çay və ya kofe içmək vərdişiniz varsa, bunu təxirə salmağınız məsləhətdir.
Qeyd edək ki, səhər içəcəyiniz ilıq limon suyu kofein asılılığınıza son qoyacaq. İlıq limon suyu içməyin xüsusilə payız-qış aylarında bir çox faydası var. Bu möhtəşəm kofein alternativinin hazırlanması da çox asandır. Bunun üçün yarım limonun suyunu bir stəkan ilıq suya sıxın. Limon suyunun faydalarına daxildir:
- Xroniki xəstəliklərlə mübarizə aparmaq üçün bədəndəki qələvi balansını qorumaq çox vacibdir. Limonun tərkibində turşu olsa da, istehlak edildiyi zaman bədəni qələviləşdirməyə kömək edir.
- Limon suyu immunitet sisteminizi gücləndirir. C vitamini ilə olduqca zəngin olan limon, həm də immun və həzm sistemlərinin nizamlı işləməsinə kömək edir, xərçənglə mübarizə aparır və yaraların tez sağalmasına kömək edir.
- İlıq limonlu su içmək boğaz ağrısı və faringit üçün faydalıdır. Həmçinin, qaraciyərdəki həzm fermentləri limon suyu ilə aktivləşir və qanın oksigen vəziyyətinin tarazlaşdırmasına da imkan verir.
- Limon suyu orqanizmin qanı toksinlərdən təmizləməsinə kömək edir, qan şəkərini tarazlaşdırır. Limon suyunun tərkibindəki turşu qidaların qan şəkərinizə təsirini azaldır.
- Bədəni təmizləyir və toksinlərdən asanlıqla təmizlənməsinə imkan verir. Buna görə də, sidik yolunuz sağlamlığını qoruyur. Qəbizlik üçün də faydalıdır.
- Tərkibindəki pektin lifləri sayəsində limon aclıq hissini və kalori qəbulunu azaldır. Ümumiyyətlə, qələvi qidaları nə qədər çox istehlak etsəniz, bir o qədər tez arıqlayacaqsınız.
- Sümüklərin əriməsini dayandırır. Limon suyundakı C vitamini bədənin kalsiumu udmasına və beləliklə, sümüklərin əriməsinə qarşı mübarizə aparmasına kömək edir.
- Hamiləlikdə su ilə qarışdırılaraq içilən iki xörək qaşığı təzə sıxılmış limon suyu körpənin sümük inkişafına kömək edir.
- Limon suyu daha yaxşı yatmağa kömək edir.
- Limon suyu dərinizi təmizləyir. C vitamini qırışlarınıza və qara nöqtələrinizə faydalıdır, toksinləri qandan təmizləyir. Səhər içdiyiniz isti suyun təsirini artırmaq üçün limon suyunu birbaşa dərinizə də çəkə bilərsiniz.
- Limon suyu əsəblərə faydalıdır, konsentrasiyanı gücləndirir və yaddaşı yaxşılaşdırır. Limon suyundakı kalium beyin və sinir hüceyrələrinə kömək edir. Fikriniz stresli olduqda, bədəniniz C vitamini itirir. Limon bu vitaminləri bərpa etməyə imkan verir.