Uşağınızı 2 il bu qidadan UZAQ TUTUN
    • 1-11-2024, 18:34
    • 527

Uşağınızı 2 il bu qidadan UZAQ TUTUN

Tədqiqatçılar doğumdan sonrakı ilk 2 ilə qədər olan uzun müddətin sağlamlıq baxımından nə qədər kritik olduğunu vurğulayıbar. 

News24.az xəbər verir ki, bu dövrdə istehlak edilən qidaların sonrakı yaşlarda xəstəlik riskinin müəyyən edilməsində mühüm rol oynadığı bildirilib. 

Xüsusilə şəkər istehlakı bu dövrdə diqqət yetirilməli olan ən vacib məsələlərdən biri kimi önə çıxır.

Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları İkinci Dünya Müharibəsindən sonra İngiltərədə tətbiq olunan şəkər norması təcrübəsini araşdıraraq bu nəticəyə gəliblər. Bu təbii təcrübə sayəsində tədqiqatçılar şəkər məhdudiyyətinin uzunmüddətli sağlamlığa təsirini daha aydın şəkildə müşahidə etmək imkanı əldə ediblər.

Araşdırmanın nəticələrinə görə, həyatın ilk illərində şəkər istehlakının məhdudlaşdırılması yetkinlik dövründə şəkərli diabet riskini 35 faiz, hipertoniya riskini isə 20 faiz azalda bilər. Bundan əlavə, şəkər məhdudiyyətinə məruz qalan insanlarda bu xəstəliklərin başlanğıcı orta hesabla bir neçə il sonra baş verir.

Mütəxəssislər bu tapıntılar fonunda uşaqların şəkər istehlakına daha çox diqqət yetirilməli olduğunu vurğulayıblar. İndiki vaxtda şəkəri yüksək olan qida və içkilərin intensiv marketinqi nəticəsində uşaqların qidalanma vərdişləri çox qeyri-sağlam hala gəlib. Bu isə piylənmə, diabet və hipertoniya kimi xroniki xəstəliklərdən əziyyət çəkən uşaqların riskini artırır.

Məryəm İlhamqızı