-
- 4-11-2024, 00:58
- 3 884
5,3 bal gücündə ZƏLZƏLƏ oldu
Yunanıstanın Halkidiki yarımadasının sahilində 5,3 maqnitudalı zəlzələ olub.
News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə əsasən, təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub. Yeraltı təkanların episentri əhalisi 354 min olan Saloniki şəhərindən 64 km cənub-şərqdə olub.
Tələfat və dağıntı barədə hələlik məlumat yayılmayıb.
Regionda sunami təhlükəsi elan edilməyib.