Moldovada seçkilər – Avropa İttifaqı tərəfdarı prezident seçildi
    • 4-11-2024, 10:55
    • 338

Moldovada seçkilər – Avropa İttifaqı tərəfdarı prezident seçildi

Moldovada keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələrinə görə, hazırkı prezident Maya Sandu ən çox səs toplayaraq ikinci dəfə seçilib.

News24.az xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Sandunun səlahiyyət müddəti başa çatdıqdan sonra keçirilən seçkinin ikinci turunda seçicilərin fəallığı 54,30 faiz təşkil edib.

Hakim Hərəkət və Həmrəylik Partiyasından (PAS) Sandu ilə Moldova Sosialist Partiyasının (PSRM) namizədi Qaqauz türkü Aleksandr Stoyanoqlonun yarışdığı seçkidə səslərin 99,68 faizi hesablanıb.

Müvafiq olaraq, seçki yarışında Sandu 55,35 faiz, Stoyanoqlo isə 44,65 faiz səslə qalib gəlib.

Yekun nəticələrin 3 gün ərzində açıqlanması gözlənilir. Seçkilərdə birinci olan namizəd 45 gün ərzində and içəcək və prezident vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Sandu Avropa İttifaqı tərəfdarı kimi tanınır.

Aynurə