Azərbaycanda inanılmaz hadisə - Ata oğluna cinayət işi açdırdı
    • 30-04-2019, 11:18
    • 1 037

Azərbaycanda inanılmaz hadisə - Ata oğluna cinayət işi açdırdı

Xızıda atasının evindən oğurluq edən şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, rayon sakini Müqbilov Tahir Qəzənfər oğlu oğlunun evdən oğurluq etməsi barədə polisə məlumat verib. Xızı rayon Polis İdarəsində məsələ ilə bağlı Cinayət Məcəlləsinin 177.1-ci, yəni oğurluq maddəsi ilə iş açılıb. Artıq ibtidai istintaqı yekunlaşdırılıb.

İş baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilib və hakim İsgəndər Hacıyevin icraatına verilib.