Sürücülərin nəzərinə! BU ƏRAZİLƏRDƏ İŞIQFORLAR İŞLƏMİR
    • 3-09-2019, 10:07
    • 897

Sürücülərin nəzərinə! BU ƏRAZİLƏRDƏ İŞIQFORLAR İŞLƏMİR

Bakının bir çox ərazisində işıqforlar işləmir. 

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, gecə saatlarında müşahidə edilən yağışla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi yol kəsişmələrindəki svetoforların işində problemlər yaranıb.

Hazırda 9 küçəsi və prospekt kəsişməsində svetoforlar işləmir.

1.     H.Zərdabi küçəsi-A.Abbasov küçəsi
2.     Azadlıq prospekti-N.Gəncəvi küçəsi
3.     28 may küçəsi-A.Puşkin küçəsi
4.     A.Puşkin-Ə.Xəqani küçəsi
5.     Azadlıq prospekti-Y.V.Çəmənzəminli küçəsi
6.     Azadlıq prospekti-M.Araz küçəsi
7.     M.K.Atatürk prospekti-M.Araz küçəsi
8.     Azadlıq prospekti-M.Mirqasımov küçəsi
9.     Ş.İ.Xətai prospekti-N.Quliyev küçəsi

Svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.