Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçənlərin nəzərinə
    • 3-07-2019, 15:28
    • 775

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçənlərin nəzərinə

Dövlət İmthan Mərkəzi xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə çatdırır ki, ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin digər komissiyaları üzrə qeydiyyat günün sonunadək davam edəcəkdir. 

Dövlət İmthan Mərkəzindən News24.az-a verilən məlumata görə, 60, 61, 62 və 14-cü komissiyalar üzrə qeydiyyat 28 iyun 2019 cu il tarixində bitdiyinə görə hazırda abituriyentlər yalnız qeyd olunan dörd komissiya üzrə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilirlər. 

Qeydiyyat başa çatdıqdan sonra abituriyentlər 6 iyul 2019-cu il tarixində günün ikinci yarısından etibarən “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni komissiyalar üzrə qeydiyyatdan keçdikləri səhifəyə daxil olaraq çap edə bilərlər. 

Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin digər komissiyaları üzrə qeydiyyat günün sonunadək davam edəcəkdir.