Oğurladığı avtomobili idarə edərkən SAXLANILDI
    • 4-07-2019, 12:18
    • 888

Oğurladığı avtomobili idarə edərkən SAXLANILDI

DİN-in “102–Zəng Mərkəzi” Xidmətinə müraciət edən Zərdab rayon sakini  İ.Süleymanov iyulun 2-də “RAF-22031” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə həmin avtomobil polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Böyük Dəkkə kənd sakini P.Sultanov avtomobili idarə edərkən saxlanılıb.

Avtomobil polis əməkdaşları tərəfindən sahibinə təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanıb.