Azərbaycanda 6 nəfərə külli miqdarda pul “atdılar”
    • 7-07-2019, 14:05
    • 790

Azərbaycanda 6 nəfərə külli miqdarda pul “atdılar”

6 nəfərə qarşı dələduzluq etdiyinə görə məsuliyyətə cəlb edilmiş şəxsin işi məhkəməyə göndərilib.


News24.az-ın məlumatına görə, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-cü, yəni dələduzluq – külli miqdarda zərər vurmaqla törədildikdə maddəsi ilə iş açılan Vüsal Cəfərovun barəsindəki materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq. Hazırlıq iclası iyulun 15-nə təyin edilib.


Qeyd edək ki, iş üzrə 6 nəfər zərərçəkən var. V.Cəfərovun həmin şəxslərin külli miqdarda pulunu ələ keçirdiyi bildirilir.