Tiflisə gedən qatar niyə yolda qalıb? - RƏSMi AÇIQLAMA
    • 9-07-2019, 11:18
    • 1 174

Tiflisə gedən qatar niyə yolda qalıb? - RƏSMi AÇIQLAMA

"Azərbaycan Dəmir Yolları" QSC iyulun 8-də Bakı-Tbilisi sərnişin qatarının hərəkərində baş vermiş ləngimə barədə məlumat yayıb.

QSC-dən News24.az-a verilən məlumata görə, 8 iyul 2019-cu ildə saat 23:20-də dəmir yolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimələr olub.

Hadisə vaxtı Padar-Sığırlı mənzilində hərəkətdə olan 38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və ordan təyinatı üzrə yola salınıb.

Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınıb.
Hazırda qatarlar öz qrafiki ilə hərəkət edir.