Bakı-Horadiz qatarında 1 SAATDAN ARTIQ GECİKMƏ
    • 12-09-2019, 09:59
    • 751

Bakı-Horadiz qatarında 1 SAATDAN ARTIQ GECİKMƏ

Bu gün saat 03:40 radələrində Bakı- Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində hərəkətdə ikən qatarda texniki nasazlıq yaranıb.

Bu barədə News24.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Məlumatda bildirilib ki, nasazlıq aradan qaldırılandan sonra qatar təyinatı üzrə yola salınıb. Nasazlığın başvermə səbəbləri araşdırılır.

Hadisə nəticəsində qatarın hərəkətində 1 saat 10 dəqiqə ləngimə qeydə alınıb.