Azərbayacanda son yeddi ayda 4 min zəlzələ baş verib- AÇIQLAMA
    • 11-07-2019, 13:41
    • 1 112

Azərbayacanda son yeddi ayda 4 min zəlzələ baş verib- AÇIQLAMA

Azərbayacanda yanvar ayından bugünədək 4 minə yaxın zəlzələ qeydə alınıb. 

Bunu News24.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, Azərbaycanda seysmiklik fon səviyyədədir: “Hər gün xırda təkanlar olur. Seysmoaktiv bölgələr ki var, orda hər gün 0.5, 1.5 bal gücündə xırda təkanlar baş verir. Gün ərzində 15-16 təkan olur. Azərbaycanda  yanvar ayından bugünədək 4000-ə yaxın zəlzələ baş verib”. 

Q.Yetirmişli baş verən tektonik hadisələrin meteohəssas insanlara təsirinə də münasibət bildirib: “Araşdırmalar göstərir ki, ürək, qan-damar xəstəlikləri olanlara, yüksək qan təzyiqindən əziyyət çəkənlərə belə hadisələr mənfi təsir edir. Söhbət yalnız zələzələlərdən getmir, yerdaxili geodinamik proseslər var ki, burada maqnit sahələrinin variasiyalarında dəyişmələr, qravitativ sahələrdə, ionosferdə baş verən- atmosferin özünün təzyiqi dəyişir, bunların hamısı bütün canlı aləmə, eləcə də, insanlara mənfi təsir edir. Bəzən baxırsan ki, bir ağac tamamilə quruyub. Bu həmin təsirlərdir. Bu, onun kiçik bir misalıdır”. 

Seysmoloq almaniyalı alimlərin Mərmərə dənizində güclü zəlzələnin baş verəcəyi və bunun bizim regiona təsiri ilə bağlı proqnozlara da münasibət bildirib: “Bu zəlzələnin Azərbaycana təsiri ola bilməz. Tutaq ki, Vezuvi vulkanı var, onun krateri 100 km-dir. Əgər o, püskürsə, dünyanın yarısından çoxu məhv olmalıdır. Amma nə vaxt olacaq, bunu bilmək mümkün deyil.  Baxmayaraq ki, elm inkişaf edib, amma yaxın müddət üçün proqnoz vermək çətin məsələdir. Qısa və ya uzun müddətli aktivləşmə var. 2 il müddətundə 15 zəlzələ olsa, yığılan enerji boşalmaları yetişir və böyük dağıntılar əmələ gətirməsi mümkün ola bilər. Amma gümanlar konkret deyil”.

Afaq Mirayiq