Vilayət Eyvazovun nazir postunda ilk kollegiya iclası
    • 12-07-2019, 10:16
    • 1 198

Vilayət Eyvazovun nazir postunda ilk kollegiya iclası

Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir.

News24.az-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun sədrliyi ilə keçirilən toplantıda DİN-in kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrinin rəisləri iştirak edirlər.

İclasda 2019-cu ilin 6 ayı ərzində ölkədə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunur.