-
- 13-07-2019, 15:13
- 1 122
Kiçik sahibkarlıq subyektlərin ƏDV bəyannamələri ilə bağlı qaydalar təsdiqləndi - VERGİLƏR NAZİRLİYİ
Vergilər Nazirliyi "Kiçik sahibkarlıq subyektlərinin ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması" qaydalarını və bununla bağlı bildiriş formasını təsdiq edib.
Vergilər Nazirliyindən News24.az-a verilən məlumata görə, qaydalar Vergi Məcəlləsinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanıb və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatı tətbiq etməklə fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidməti ilə bağlı məsələləri tənzimləyir.
"ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması" xidməti dedikdə, həmin bəyannamələrin Vergilər Nazirliyinin uçot-baza məlumatları əsasında vergi orqanları tərəfindən hazırlanması nəzərdə tutulur. Bu xidmətdən yalnız Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan, nəzarət-kassa aparatından istifadə edən kiçik sahibkarlıq subyektləri faydalana biləcəklər. Kiçik sahibkarlıq subyektləri Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları"na əsasən müəyyən ediləcək.
ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidməti yalnız vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayan, eləcə də bəyannamə və hesabatları elektron formada təqdim edən vergi ödəyiciləri üçün nəzərdə tutulub. Yeni qaydalar sahibkarların ƏDV bəyannamələrinin tərtibi ilə bağlı maliyyə sanksiyalarına məruz qalma risklərini, bəyannamənin tərtibatına sərf edilən vaxtlarını və inzibati xərclərini minimallaşdırmaq məqsədi daşıyır.
ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması zamanı bir sıra informasiya sistemlərindən, o cümlədən dövlət reyestri, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı, elektron qaimə-faktura, elektron vergi hesab-fakturası, yük gömrük bəyannaməsi, notarius, ƏDV depozit hesabı və əmək müqavilələri bildirişləri üzrə informasiya sisteminin məlumatlarından istifadə olunacaq.
Qaydalara əsasən, vergi ödəyicisi bu xidmətdən istifadə üçün ərizə ilə müraciət etdikdə, vergi orqanı 5 iş günü ərzində ona ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidmətinə qoşulması barədə bildiriş göndərməlidir. Yeni xidmətdən istifadə hüququ əldə edən vergi ödəyicisinin ƏDV bəyannaməsi hesabat ayı başa çatdıqdan sonra 5 iş günü ərzində müvafiq vergi orqanı tərəfindən elektron formada hazırlanaraq vergi ödəyicisinə təqdim olunacaq.
Zərurət yarandığı təqdirdə, vergi ödəyicisi göndərilmiş bəyannamədə müvafiq dəqiqləşdirmələr apara bilər. Ancaq bunu ƏDV bəyannaməsinin təqdim olunması müddəti başa çatanadək etməli və bəyannaməni təsdiqləməlidir. ƏDV bəyannaməsinin təqdim edilməsi müddəti başa çatanadək vergi ödəyicisi tərəfindən təsdiqlənmədiyi təqdirdə, bəyannamə artıq təsdiqlənmiş hesab olunur və bu barədə ona müvafiq bildiriş göndərilir.
Qaydalara əsasən, vergi orqanı tərəfindən ƏDV bəyannaməsi əvvəlcədən hazırlanaraq vergi ödəyicisinə göndərildikdə vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində göstərilən məlumatların Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla dəqiqləşdirilməsi hüququ vardır. Bununla yanaşı, vergi ödəyicisi ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması xidmətindən imtina edə bilər.
Xatırladaq ki, Vergilər nazirinin 30 yanvar 2019-cu il tarixli əmrinə əsasən, vergi bəyannamələrinin əvvəlcədən doldurulması sisteminin tətbiqi ilə bağlı mövcud məlumat imkanlarının araşdırılması, ƏDV qeydiyyatına düşmə ehtimalı olan vergi ödəyicilərinin müəyyənləşdirilməsi mexanizmlərinin hazırlanması və onların məlumatlandırılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub. Qaydaların təsdiq edilməsindən sonra bu işlər sürətləndirilib.
Qaydalarla tam şəkildə buradan tanış ola bilərsiniz:
http://www.taxes.gov.az//