-
- Dünən, 12:25
- 634
Tanınmış həkimdən qadınlara: Etməyin, çox iyrənc görünürsünüz!
Tanınmış həkim Müşfiq Hüseynov estetik prosedurları kəskin tənqid edib.
News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, o, dodaqşişirtmə prosedurundan əvvəlki və sonrakı fotoları müqayisə edərək bunu "təbii zəhər" adlandırıb:
"Niyə? Hansı qadın mənə bircə səbəb saya bilər? Gözəldir? Deyil! Naturalı çox daha gözəl görünürdü! Yaşlanıb və bərpaya ehtiyacı var? Xeyr! Qadın çox gəncdir! Seksual görünür? Xeyr! Ürək bulandırıcıdır. Sağlıqlıdır? Deyil!
Üzə vurulan təbii zəhərdən başqa bir şey deyil. 8-10 il sonra üz bərbad hala qalacaq! Dəbdir? Xeyr! Məsələn, dəbin mərkəzi Fransada, İtaliyada bunu heç kim eləməz!
Bəs nədir? Xəstəlikdir! Etməyin! İyrənc görünür(süz)".