-
- 6-01-2025, 14:41
- 88
"Mançester Yunayted"in baş məşqçisi: "Xoşbəxtəm"
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 20-ci turunda "Liverpul"a(2:2) qarşı keçirdikləri oyunun nəticəsini şərh edib.
News24.az "BBC"yə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının durumu barədə danışıb:
"Əzab çəkdiyimizdə, hər top üçün mübarizə apardığımızda və hər şeyimizi meydanda verəndə, çox yaxşı oluruq. Təkcə prinsipial rəqiblərə qarşı deyil, hər oyuna bu cür yanaşsaq, o zaman uğur gələcək. “Liverpul”la görüşdə uşaqlardan razıyam. Ümumilikdə xoşbəxtəm. Yaxşı matç idi, sabitlik tapmaq vacibdir".