Yumurtadan zəhərlənənlərdən XƏBƏR VAR
    • 17-07-2019, 14:48
    • 797

Yumurtadan zəhərlənənlərdən XƏBƏR VAR

Sədərəkdə Meyvəli bazarında kütləvi zəhərlənmə olub.

Təcili yardıma ilk çağırış saat 10.14 daxil olub.

News24.az-ın məlumatına görə, ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparıblar. Saat 10:52 ikinci çağırış daxil olub. Çağırış zamanı daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası həmin 3 nəfəri də Kliniki Tibbi Mərkəzin yolxucu xəstəliklə şöbəsinə gətirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.

Səhiyyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırlıqdadır.