“Özümü öldürmək istəyirdim” - Aygünlə duet oxuyan sabiq nazir oğlu
    • 24-07-2019, 23:41
    • 1 107

“Özümü öldürmək istəyirdim” - Aygünlə duet oxuyan sabiq nazir oğlu

Azərbaycanın keçmiş Xarici İqtisadi Əlaqələr naziri Qüdrət Quliyevin oğlu Murad Quliyev "Azadlıq radiosu"nun feysbuk səhifəsinin canlı yayımında qonaq olub.


News24.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hazırda ABŞ-da yaşayan sabiq nazir oğlu özü ilə bağlı maraqlı məqamları açıqlayıb.


"Atam nazir olsa da, imkanımız yaxşı deyildi. Uşaqlığım nazir balası kimi keçməyib" deyən Murad Quliyev vaxtı ilə intihar etmək istədiyini də dilə gətirib:


"Özümə qəsd etmək istəyirdim. Getdim Bulvara. Orda bir az dayanıb düşündüm. Birdən ayıldım ki, belə addım atmaq lazım deyil. Və bunda sonra öz məqsədimə çatacağıma dair özümə söz verdim. Məqsədim o idi ki, heç kimin qarşısında əyilməyəcəm. Buna görə də heç kimin qapısını döyməmişəm. Getdim ticarətlə məşğul oldum. Mən məktəbdə oxuyanda BƏƏ-yə uçan ilk gənclərdən olmuşam. Xırda ticarətlə məşğul oldum. Maşınımı öz pulumla almışam. Avtomobili alanda gözümdən yaş gəldi". 


5 ildir ABŞ-da yaşan Murad Quliyev reper kimi də özünü sınayıb. O, Azərbaycanın Xalq artisti Aygün Kazımova ilə duet oxuyub. Quliyev Kazımova ilə birgə "Tənha qadın" mahnısını ifa edib.