Mədət Quliyev Nigar Camalın klip təqdimatında – FOTO – VİDEO
    • 18-03-2019, 17:22
    • 1 527

Mədət Quliyev Nigar Camalın klip təqdimatında – FOTO – VİDEO

Azərbaycanın “Eurovision” qalibi, müğənni Nigar Camalın yeni klipnin təqdimat mərasimi keçirilir. 

News24.az xəbər verir ki, klip təqdimatında Dövlət Təhlükəsizlik Xidmətinin sədri, general Mədət Quliyev də iştirak edir. "Get həyatımdan” adlı mahnıya çəkilən klipdə Nigarın tərəfmüqabili obrazında Mədət Quliyevin oğlu Murad Qulubəyli çəkilib. 

M. Qulubəyli çəkilişlərdən zövq aldığını və gələcəkdə özünü aktyor kimi sınamaq istədiyini bildirirb. Azərbaycanın populyar gənci atasının ona hər zaman dəstək olduğunu bildirib:
"Atam həmişə mənə dəstəkdir. Bu gün təqdimatda şəxsən iştirak etməsi də bunun bariz nümunəsidir".

Mədət Quliyev öz növbəsində çıxış edərək yaradıcı gəncləri klip təqdimatı, eləcə də Novruz bayramı münsibətilə təbrik edib.

Teymur MƏMMƏDOV