-
- 26-07-2019, 21:19
- 1 073
Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 illik yubileyi
Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 illik yubileyi münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində tədbir keçirilib.
News24.az xəbər verir ki, tədbirdə çıxış edən Baş İdarənin rəisi Raqif Abbasov 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən, nazirliyin təsis edildiyini vurğulayıb. R.Abbasov bildirib ki, 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, çoxsaylı Dövlət proqramlarının qəbulu, 1999-cu ildə Dövlət Gənclər Siyasəti haqqında Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbulu ulu öndər Heydər Əliyevin gənclərə qayğısının bariz göstəricisidir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan olunması barədə Sərəncamı gənclərin ölkə həyatında fəallığını xeyli artırıb. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Bölgələrdə Olimpiya İdman komplekslərinin açılması, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında parlaq nailiyyətlər qazanması bunun əyani nümunəsidir.
R.Abbasov Prezident İlham Əliyev Sərəncamı ilə Azərbaycanda idman və gənclərlə iş sahəsində yüksək xidmətlərinə görə fərqlənən bir qrup şəxsin təltif olunmasını bu istiqamətdə görülən işlərə verilən qiymətin nümunəsi olduğunu vurğulayıb.
Tədbirin sonunda müxtəlif qurumların, idarələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri, idmançılar təltif ediliblər.