-
- 27-07-2019, 18:37
- 1 149
Regional Mətbəx Festivalı böyük maraqla qarşılanıb -Fotolar
Quba şəhərində Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan Regional Mətbəx Festivalı yerli sakinlər və turistlər tərəfindən böyük maraqla qarşılanıb.
News24.az xəbər verir ki, iyulun 27-də şəhərin Nizami Gəncəvi adına istirahət parkında festivalın açılış mərasimi keçirilib.
Festival iştirakçıları əvvəlcə “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalarla tanış olublar.
Qonaqlara Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə qədim zamanlardan bişirilən milli yeməklər təqdim edilib. Bölgədə yaşayan azsaylı xalqların özünəməxsus mətbəx nümunələri tədbir iştirakçılarında böyük maraq oyadıb.
Festivalda yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları da nümayiş etdirilir.