-
- 29-07-2019, 14:16
- 1 821
“Qorxuram eskalator bizi ölümə apara”- Bakı sakinlərinin həyatı TƏHLÜKƏDƏ – SOS
“Nəyə görə metroda eskalatorlardan yalnız birini işlədirlər? Hər səhər işə gedəndə minlərlə adam bundan istifadə edir, heç olmasa adamların çox olduğu vaxtda qoşsunlar da. Bir eskalatoru bu qədər yükləmək olmaz axı?! 14 il bundan əvvəl "İçərişəhər" stansiyasında eskalatorun nasazlığı ucbatından baş verən qəzanı heç vaxt yaddan çıxarmaram. Amma deyəsən bu hadisəni siz unutmusunuz. Nə qədər adam xəsarət aldı o hadisədə. Qorxuram ki, yenə bu hadisə təkrarlana, eskalatorlar bizi ölümə apara...”
Bunu Bakı sakini Şəlalə Hüseynova Bakı metrosunda pik saatlarda bir neçə eskalator olduğu təqdirdə birinin işləməsiylə bağlı narazılığını News24.az-a bildirərkən deyib.
Bakı sakini Etibar Məmmədov isə Dəmiryol vağzalında yerləşən eskalatordan şikayətçidir: “Səhər işə gələndə çox qorxdum, eskalatordan səslər çıxırdı, ağır gedirdi, rezinləri də tərpənirdi. Mənim ayağımda problem var, səhhətim imkan vermir ki, pilləkəndən istifadə edim. Eskalatora da hər dəfə minəndə nə isə baş verəcəyindən qorxuram".
Nazilə Səfərəliyeva isə şəhərdə yeraltı və yerüstü keçidlərdəki eskalatorların normal işləməməsindən gileylənir: “Guya adı var ki, burada eskalator işləyir. İşləyəndə tərpənə-tərpənə, ağır şəkildə güclə çıxır. Bəzən də görürsən işləmir. Ya bunu birdəfəlik bağlasınlar, ya da normal işləsin, biz də arxayınlıqla minək. Vallah, Allaha dua edə-edə çıxıram ki, tez canım qurtarsın”.
Sorğulardan da məlum olduğu kimi, vətəndaşlar eskalatorların normal fəaliyyət göstərməməsindən narazılıq edirlər. Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxladıq.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov News24.az-a açıqlamasında bildirib ki, metropolitendə eskalatorlar qrafik əsasında işləyir. Onun sözlərinə görə, sərnişinlərin əsaslı şəkildə azalması onların da iş qrafikinə təsir göstərir: “Qrafik konkret vaxt hesabı ilə deyil, əsasən sərnişin axını, tələbat və s. prinsiplər əsas götürülməklə tərtib olunur. Bu məqsədlə monitorinqlər davamlı olaraq aparılır. Qrafikdə ilk növbədə, sərnişin təhlükəsizliyinin tələbləri nəzərə alınır. Buna xələl gətirəcək hər hansısa ehtimal belə yolverilməzdir. Bu səbəbdən eskalatorlar daim nəzarətdə saxlanılır və monitorinqlər də davamlı aparılır. Eyni zamanda zərurət yaranan təqdirdə digər eskalator da qoşulur. Ümumən, eskalatorların işi ilə bağlı istənilən müraciət təxirə salınmadan araşdırılır”.
B.Məmmədov onu da əlavə edib ki, metropolitendə eskalatorların təhlükəsizliyi təmin olunur: “Baxış, təftiş, nəzarət və təmirlə bağlı məsələlərə çox ciddi və məsuliyyətlə yanaşılır. Həm təlimat tələbləri, həm də qrafik üzrə bütün işlər vaxtında yerinə yetirilir. Plan və qrafikdən əlavə, nəzarət mexanizmləri də daimi qüvvədədir. Bundan savayı, eskalator təsərrüfatı ilə yanaşı, diğər nəzarət aparan səlahiyyətli strukturlar da var. Hər hansısa təhlükə bu gün üçün aktual mövzu deyil”.
Bakı Sərnişin Stansiyasından isə News24.az-a bildirilib ki, Dəmiryolu Vağzalında eskalatorda yaranan nasazlıq araşdırılacaq: “Mütəmadi olaraq nəzarət olunur, Dəmir yolu vağzalında olan eskalatorla bağlı xidmət müqaviləsi bağlanıb. Ona hər gün qulluq göstərilir. Həm lift, həm də eskalatora hər gün nəzarət edilir. Biz demədən əməkdaşlar özləri, avadanlıqların yağlanması, dəyişdirilməsinə baxış keçirir, gecə-gündüz diqqətdə saxlayırlar”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə News24.az-ın sualına cavab olaraq bunları deyib: “Təbii ki, işlək vəziyyətdə olanda, eskalatorda nasazlıq olarsa insanlarda narahatlıq yarana bilər. Amma şükürlər olsun ki, bu günədək insanlara xətər yetirməyib. Açıq şəraitdə olduğuna görə, eskalatorların istismarında müəyyən problemlər yaranır. Zaman-zaman eskalatorların hər hansı hissəsi sıradan çıxır və təmirə ehtiyac olur. Bu zaman təmir mümkündürsə, briqadamız tərəfindən təmir edilir. Əgər təmiri mümkün deyilsə, əlavə ehtiyat hissələr sifariş verilir və bir müddət vaxt lazım olur ki, sifariş yerinə yetirilsin. Xaricdən avadanlıqların gətirilməsi və sifarişin yerinə yetirilməsi zaman tələb olunur. Bu müddətdə işlək olmuya bilər. Ümumiyyətlə, bu ilin əvvəlindən 50-yə yaxın eskalatorda təmir işləri aparılıb. Müəyyən eskalator var ki, ehtiyat hissələri sifariş verilib. Müəyyən hissələri var ki, öz əməkdaşlarımız tərəfindən təmir olunub. Hazırda 2-3 yerdə eskalator təmir vəziyyətdə deyil, onların da təmiri üçün işlər aparılır”.
Xatırladaq ki, 2005-ci il iyunun 8-də "İçərişəhər" stansiyasında eskalatorda qəza baş verib. Həmin qəzada 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.
Afaq Mirayiq