-
- 30-07-2019, 10:45
- 855
Azərbaycanda qanunsuz yaşayan 159 əcnəbi SAXLANILDI
Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 184 əcnəbi saxlanılıb. Onlardan 1-i Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən tədbirlər zamanı aşkarlanıb.
DMX-dən News24.az-a verilən məlumata görə, saxlanılanlardan 7-sinin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 15 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 3-ünün qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 159 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşdirilib.
Miqrasiya qanunvericiliyini pozan 166 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.