-
- 31-07-2019, 15:25
- 1 892
"Diki qalxana qədər nəfəsim kəsilir" - "Çıqarqala"ya gələnlər kanat arzulayır
Yayın bu qızmar vaxtında heç düşünmədən Şabran rayonun ən gözəl və ən uca zirvələrindən olan "Çiraqqala"ya yola düşürük.
Düzünü desəm, bu qalanın əzəməti haqqında ancaq kitablardan, internetdən oxumuşdum. Öyrənmişdim ki, "Çiraqqala" Azərbaycanın ən qədim tarixi mədəniyyət abidələrindəndir və V-VI əsrlərdə Sasanilər dövründə tikilib. Qala rayonun 20-25 kilometrliyində, “Çanaqqaya” adlanan sıldırım qayanın zirvəsində yerləşir. “Çıraqqala”nın adının yaranması ilə bağlı maraqlı məlumatlar da var. Deyilənə görə, qalanın qərar tutduğu sıldırım qaya el arasında “Çıraqqaya” adlanıb. Hələ qala-sədd tikilməzdən əvvəl adamlar düşmən gəlişini bu qalanın başında tonqal qalamaqla xəbər verirlərmiş. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilib və onun ən uca bürcündə tonqal qalanıb. Gilgilçay səddinin baş qarovulxanası olub. Qalanın divarları və yarımdairəvi 12 bürc daşdan tikilib, yalnız baş bürcə kərpiçdən üzlük çəkilib. Qala əsasən düşmən ordularının gəlişi və digər məlumatları tonqal vasitəsi ilə Azərbaycanın diqər qalalarına və məntəqələrinə çatdırıb.
Düzdür, Şabrana gedən yol ürəkaçan olmasa da, məkanın özünə gedib çatmaq qürurvericidir. Budur, artıq bu möhtəşəm dağa çatırıq, deyildiyi qədər əzəmətlidir. Qartallar qalanın lap zirvəsində dövrə vurur, şaha şahinlər yaraşan kimi… Biz isə dağın ətəyində durmuşuq, amma sona qədər çıxmaqda qərarlıyıq. Qala çox ucadır, eyni zamanda yolu təmirsizdir, burdan ehtiyatsızlıq edənin sağ qalması mümkünsüzdür. Amma bizim kimi dağın lap hündürlüyünə qədər qalxmaqda israrlı olanlar az deyil.
"Özü gözəl, yolu bərbad..."
Bakıdan gələn Türkan Qasımova ilə həmsöhbət oluruq, onun sözlərinə görə, artıq neçə illərdir "Çıraqqala"nı ziyarət etməyə gəlir: Biz ailəliklə buraları çox sevirik. Burda hər il anam “Qalaaltı” sanatoriyasında müalicə alır. Buranın şəfa bulaqları cana məlhəmdir. Hər dəfə gələndə “Çıraqqala”ya mütləq çıxmalıyıq. Amma heyif ki, bura çıxmaq çox çətindir, yollar uçub tökülüb, yolu yarıya qədər maşınla, sonra ayaqla qalxırıq. Kaş bu yollar təmir olunsa, uşaqlarımızı da tarixi abidəmizlə tanış edə bilsəydik".
Rusiyadan olan turist İrina Saratovna bildirir ki, dağın füsunkarlığına heyran qalıb: “İlk dəfədir bura gəlmişəm. Doğurdan da, gözəl yerdir. Amma bu dağın möhəşəmliyini hər kəsin görə bilməsi üçün kanat yolu çəkilsəydi, daha yaxşı olardı. Qala çox yüksəkdədir. Diki qalxana qədər nəfəsim kəsilir. Yolu bərbaddır. Yola əncam çəkilsəyi, insanlar rahatlıqla bu gözəllikdən zövq ala bilərdi”.
Tarixçi Sərxan Eyvazlı isə bizimlə söhbətdə "Çıraqqala"nın bu vəziyyətdə olmasından təəssüf hissi keçirdiyini deyib: “Bu bizim tarixi abidəmizdir, onu qorumaq lazımdır. Milli sərvətimizdir. Mən də o fikirlə razıyam ki, təmir edilərkən bura kanat yolu çəkilsə, müsbət addım olar. Daha çox insan cəlb olunar, dünyanın diqqətini çəkmiş olarıq”.
Üzüyuxarı qalxdıqca qarşımıza qalanın bərpaçıları çıxır. Öyrənirik ki, bu ilin sonuna kimi bərpa işləri davam etdiriləcək. “Yorulmayasız” deyib, yolumuza davam edirik. Bir az da sevincliyik ki, gələn il daha rahatlıqla dağa çıxmaq imkanımız olacaq.
Axır ki, bütün çətinliklərə baxmayaraq zirvəyə çatırıq. Dağ havasını doyunca içinə çəkmək, gözünü yumub bir anlıq hər şeyi unutmaq, dünyanı ayağının altında hiss etmək kimi hissi yaşamaq nə qədər heyrətamizdir...
Çıraqqala UNESKO-nun Dünya İrsi siyahısına salına bilər...
News24.az-a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, qalada hələlik kanat yolunun çəkilməsi gözlənilmir.
Onun sözlərinə görə, "Çıraqqala" abidəsində bərpa işlərinə başlanılıb: “Bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, ölkəmizin ən qədim tarixi abidələrindən biri olan "Çıraqqala"da möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün 2 milyon manat ayrılıb. Ötən müddət ərzində bu işlərin həyata keçirilməsi üçün zəruri tədbirlər həyata keçirilib, layihə-smeta sənədləri hazırlanıb. İyul ayının əvvəlindən isə bərpa işlərinə start verilib. "Çıraqqala" mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formada olub. İndi həmin bürclərin ancaq üçü salamat qalıb. Ümumilikdə, isə qalanın izləri məlum olan 8 bürcündə bərpa-konservasiya işləri həyata keçiriləcək. Görüləcək işlər zamanı bürclərarası qala divarları da restavrasiya olunacaq, ərazidə arxeoloji tədqiqatlar aparılacaq. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən qalaya qalxacaq piyadalar üçün, eləcə də qala divarları boyu yol salınacaq. Çıraqqalanın bərpası üzrə işlərin bir il ərzində yekunlaşdırılması nəzərdə tutulub. Lakin ərazinin mürəkkəb relyefi və hava şəraiti bu müddətin uzanmasına təsir edə bilər”.
F.Hüseynov onu da əlavə edib ki, "Çıraqqala" UNESCO-nun Dünya İrsi siyahısına daxil edilə bilər: “Əlbəttə, biz istərdik ki, xalqımızın yaratdığı hər bir mədəni irs nümunəsi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilsin. Amma bu siyahıya daxil edilməyin də öz şərtləri var. Gərək həmin şərtlərin hamısı yerinə yetirilsin. "Çıraqqala"nın UNESCO-ya daxil edilməsi abidənin bərpa olunmasından sonra mümkün ola bilər ”.
Afaq Mirayiq