"iPhone 17"nin bütün modellərinin dizaynı və ölçüləri üzə çıxdı

"iPhone 17"nin bütün modellərinin dizaynı və ölçüləri üzə çıxdı Maraqlı

Hələ təqdimatı keçirilməmiş "iPhone 17" smartfonlarının bütün modellərinin dizayn və ölçüləri aşkara çıxarılıb.

News24.az Oxu.Az-a istinadən xəbər verir ki, nüfuzlu insayder Sonni Dikson "X" sosial şəbəkə hesabında "iPhone 17" modellərinin maketlərinin fotoşəkillərini və ölçülərini paylaşıb.

Hər bir modelin ölçüləri maketin arxa tərəfində göstərilib:

"iPhone 17" - 149,6×71,4×7,9 mm

"iPhone 17 Air" - 156,1×74,7×5,6 mm

"iPhone 17 Pro" - 149,6×71,4×8,7 mm

"iPhone 17 Pro Max" - 163×77,5×8,7 mm

Qeyd edək ki, "iPhone 17" modellərinin rəsmi təqdimatı cari ilin payızına proqnozlaşdırılıb.


"iPhone 17"nin bütün modellərinin dizaynı və ölçüləri üzə çıxdı