Tovuzda yeni rekord
    • 29-03-2025, 13:41
    • 323

Tovuzda yeni rekord

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Turan Tovuz” – “Qarabağ” oyununu 6500 tamaşaçı izləyib.

News24.az  xəbər verir ki, bu, Qərb təmsilçisi üçün çempionatdakı yeni rekorddur. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

2022/23 mövsümündən Premyer Liqada çıxış edən Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda rekord 6000-ə bərabər idi.

Bu göstəriciyə 3 dəfə təsadüf olunub. 2023-cü il oktyabrın 20-də (2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0) “Qarabağ”a qarşı keçirilən görüşləri 6000 seyrçi izləyib./publika