Azərbaycanda 39 yaşlı kişi itkin düşdü - AXTARILIR
    • 6-08-2019, 17:53
    • 743

Azərbaycanda 39 yaşlı kişi itkin düşdü - AXTARILIR

Xaçmaz rayonu Nərəcan kənd sakini Abdullayev Rafayəddin Rafiq oğlu itkin düşüb. 39 yaşlı R.Abdullayev avqustun 1-i səhər saatlarında Xaçmaz şəhərində yaşayan bacısıgilə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.

News24.az-ın xəbərinə görə, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında psixiatr qeydiyyatında olan Rafayəddin Abdullayevin nitqi də qüsurludur.
İtkin düşən şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin 023-325-53-56 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.