ABŞ-İran danışıqları: - İkinci raund keçiriləcək
Dünya
İranın nüvə proqramı üzrə ABŞ-İran vasitəçiliyi ilə danışıqların ikinci raundu bu gün Romada keçiriləcək.
News24.az Axios-a istinadla xəbər verir ki, danışıqlar yeri kimi əvvəllər dəfələrlə Vaşinqton və Tehran arasında təmaslarda vasitəçilik etmiş ölkə olan Omanın səfirliyi seçilib.
Danışıqların 5 saat davam edəcəyi gözlənilir. Danışıqlarda İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun iştirakı gözlənilir.
Birləşmiş Ştatlar ümid edir ki, bu məsləhətləşmələr dialoqun aparılmasında tərəflər üçün əsas növbəti addımları müəyyən etməyə kömək edəcək.
Uitkoff Cümə günü Parisdə strateji işlər naziri Ron Dermer və "Mossad" rəhbəri David Barnea da daxil olmaqla, İsrail rəsmiləri ilə elan olunmamış görüş keçirib. Dermer və Barnea İranla danışıqların yeni raundu öncəsi ABŞ-ın mövqeyinə təsir göstərməyə çalışıblar.
İran və ABŞ arasında danışıqların birinci raundu aprelin 12-də Omanın xarici işlər naziri Bədr əl-Busəidinin vasitəçiliyi ilə Omanın paytaxtı Maskatda keçirilib./yenisabah