-
- 9-08-2019, 21:12
- 1 141
Evdən qaçan 3 uşaq anasının məktubu tapıldı: "Uşaqlarımı da aparacağam"
İsmayıllının Qalınçaq kəndindən yoxa çıxan 3 uşaq anasının yazdığı məktub tapılıb.
News24.az xəbər verir ki, gəlinin qohumlarından "Qafqazinfo"ya verilən məlumata görə, 2007-ci ildə Göyçayın Mallı Şıxlı kəndindən İsmayıllının Qalınçaq kəndinə gəlin köçən və hazırda 3 uşaq anası olan Pərvanə Bədəlova ötən ayın 28-i gecə saatlarında uşaqlarından birini götürərək evdən gedib.
Qohumların sözlərinə görə, P.Bədəlovanın anası qızının yoxa çıxmasından sonra məktub tapıb. Məktubda "Məndən nigaran qalmayın, gəlib o biri uşaqlarımı da aparacağam" yazılıb.
Hazırda İsmayıllı rayon polis şöbəsində Pərvanə Bədəlova itgin düşmüş şəxs elan edilərək, tapılması üçün zəruri tədbirlər həyata keçirilir.