Alimlər ən acı maddəni kəşf etdilər
Maraqlı
Qida alimləri insan dilində indiyə qədər qeydə alınmış ən kəskin acı dadı yaradan kimyəvi birləşməni kəşf ediblər.
News24.az xəbər verir ki, Almaniyanın Leibniz Qida Sistemləri Biologiyası İnstitutunda aparılan araşdırmada acı rəf göbələyi Amaropostia stiptica-dan əldə edilən üç yeni birləşmə araşdırılıb.
Tədqiqatçılar müəyyən ediblər ki, bu kimyəvi maddələr insanlarda təxminən 25 müxtəlif acı dad reseptorundan ən azı birini aktivləşdirir. Bu birləşmələrdən biri, oliqoporin D o qədər güclü acı dad stimulyatorudur ki, onun cəmi 1 qramı 106 vanna suda həll olunsa da, hələ də acı dad yaradır.
Qeyd edək ki, bu günə qədər, əsasən çiçəkli bitkilərdən və ya sintetik mənbələrdən əldə edilən minlərlə acı molekul məlumdur. Bununla belə, heyvan, bakteriya və ya göbələk mənşəli birləşmələr haqqında kifayət qədər məlumat yox idi. Bu araşdırma həmin boşluğu doldurmaq üçün nəzərdə tutulub.
Günel Məlikzadə