Bakıda iki nəfərdən silah GÖTÜRÜLDÜ
    • 30-04-2020, 12:36
    • 690

Bakıda iki nəfərdən silah GÖTÜRÜLDÜ

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bülbülə qəsəbə sakini A.Süleymanov Suraxanı rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 13 qrama yaxın heroin, yaşadığı evə baxış zamanı isə əlavə 2 kiloqramdan artıq heroin, 1 ədəd “Dragon” markalı vinçester tipli tüfəng və 11 ədəd patron aşkar edilərək götürülüb. 

Bundan başqa Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bum qəsəbə sakini R.Yaqubovdan müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.