Ağcabədidə qadının evindən silah-sursat TAPILDI - FOTO
    • 16-08-2019, 12:36
    • 2 357

Ağcabədidə qadının evindən silah-sursat TAPILDI - FOTO

Ağcabədi rayon sakininin mənzilindən xeyli sayda silah-sursat tapılıb.

Ağcabədi Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakini Afət Heydərovanın yaşadığı mənzilə baxış keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində A.Heydərovanın yaşadığı evdən 1 ədəd “Kalaşnikov”, 2 ədəd avtomat darağı, 1 ədəd "Kalaşnikov" markalı avtomata aid bıçaq, avtomat patronları, "Toz" markalı tüfəng, 16 kalibrli qoşa lülləli tüfəng, 1 ədəd qundağı çıxarılmış tüfəng, kustar üsulla hazırlanmış beşatılan tüfəng, 1 ədəd naqan tipli tapança, 2 ədəd " İJ-37" siqnal tapançası, 5 ədəd dəmir üsula hazırlanmış xəncər, iki ədəd bıcaq, "F1" əl qumbarası, tüstü qumbaraları, ov tüfənginə aid çoxlu sayda patronlar aşkar edilərək götürülüb. A.Heydərova maddi sübutlarla birgə istintaqa təhvil verilib. /report/