Müğənni Rahidə Baxışovanın 35 min manatı OĞURLANDI - EVİNDƏ İŞLƏYƏN USTA...
    • 16-08-2019, 12:43
    • 1 121

Müğənni Rahidə Baxışovanın 35 min manatı OĞURLANDI - EVİNDƏ İŞLƏYƏN USTA...

Müğənni Rahidə Baxışovanın evində usta işləyən şəxs ona qarşı dələduzluq edib.

News24.az Report-a istinadən xəbər verir ki, bir neçə ay əvvəl müğənninin evində təmir işləri aparmağa söz verən usta ondan 35 min manat pul alıb. Lakin o, sonradan telefon zənglərinə cavab verməyib.

Müğənni ustadan polisə şikayət edib.

Rahidə Baxışova məlumatı təsdiqləyib: "İstərdim, digər insanlar belə məsələlərdə ehtiyatlı olsunlar".