Yük avtomobilinə çırpıldı, alışaraq yandı
    • 16-08-2019, 21:31
    • 841

Yük avtomobilinə çırpıldı, alışaraq yandı

Abşeron rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 
News24.az xəbər verir ki, qəza avqustun 15-də saat 5 radələrində qeydə alınıb. 
Bakı şəhər sakini Sənan Xəlili idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən, Şamaxı rayon sakini K.Musayevin idarə etdiyi “Tatra” markalı (yük) avtomobilə vurub və zərbədən “Hyundai” markalı avtomobilin mühərrik hissəsində yanğın baş verib.
Nəticədə S.Xəlili hadisə yerində ölüb, mühərrikin yanar konstruksiyaları yanıb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.