Pilotla rəsmi vida mərasimi  Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində olacaq - FOTO
    • 21-08-2019, 09:37
    • 1 595

Pilotla rəsmi vida mərasimi Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində olacaq - FOTO

Hazırda pilotla vida mərasimi Yeni Yasamaldakı evinin həyətində aparılır. News24.az xəbər verir ki, saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla rəsmi vida mərasimi keçiriləcək. Pilot daha sonra II Fəxri Xiyabanda dəfn ediləcək. 

Qeyd edək ki, iyulun 24-də  təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.